20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Suriyada Fransanın 400-450 vətəndaşı saxlanılıb - Rəsmi
Tarix: 29-05-2019 17:44 | Bölmə: Dünya
Suriyada Fransanın 400-450 vətəndaşı saxlanılıb

Suriyada Fransanın 400-450 vətəndaşı saxlanılıb.

Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Fransa Milli Assambleyasıın Xarici məsələlər komissiyasının iclasında məlumat verib.

Nazir onların arasında uşaqların da olduğunu və yalnız valideynini itirmiş, yaxud anasının razılığı olan uşaqların Fransaya qaytarıla biləciyini bildirib: "Rəsmi Paris Suriyaya döyüşməyə gedən kişi və həyat yoldaşlarını geri qəbul etməyəcək. Bu məsələdə fikrimizi dəyişməyəcəyik. Onlar qətl törətdikləri yerdə mühakimə olunmalıdırlar".

Qeyd edik ki, son bir həftədə İraq məhkəməsi terrorçu İŞİD qruplaşmasına üzvlükdə təqsirləndirilən Fransanın 7 vətəndaşı barəsində ölüm hökmü çıxarıb. Rəsmi Paris ölkə vətəndaşları barəsində çıxarılmış edam hökmünün ləğvi üçün əlindən gələni edəcəyini bildirib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər