Poroşenko Böyük Britaniyaya getməyə hazırlaşır
Tarix: 30-05-2019 16:22 | Bölmə: Dünya
Poroşenko Böyük Britaniyaya getməyə hazırlaşır

Ukrayna dövlətinin keçmiş rəhbəri Pyotr Poroşenko yaxın zamanda Böyük Britaniyaya uçmağı planlaşdırır.

Reyting.az bildirir ki, Ukrayna kütləvi informasiya vasitələrinin xəbərinə görə, siyasətçi və onun həyat yoldaşı Marina bir tərəfə bilet əldə ediblər.

İlkin məlumata görə, Poroşenkonun səfəri hələ ki açıqlanmayan hansısa xəstəliyi ilə bağlıdır.

Mənbələrdən biri ehtimal edir ki, Poroşenko tam sağlamdır. Xaricə getməklə cinayət təqibindən yayınmaq istəyir.

Ukraynanın keçmiş prezidentinə qarşı bir həftədə 5 cinayət işi qaldırılıb.

Qeyd edək ki, Poroşenkonun yollanmağa hazırlaşdığı Böyük Britaniyada onun qızları Aleksandra və Yevgeniya yaşayır. 18 yaşlı qızlar ötən il Londonun nüfuzlu ali məktəblərindən birinə qəbul olunublar.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}