17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Tramp Tereza Meylə görüşdə: "Brexit" baş tutmalıdır, bu, sizə fayda verəcək"
Tarix: 04-06-2019 18:28 | Bölmə: Dünya
Tramp Tereza Meylə görüşdə: "Brexit" baş tutmalıdır, bu, sizə  fayda verəcək"

“”Brexit” baş tutmalıdır, o, Böyük Britaniyaya fayda verəcək”.

Bu barədə ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Hesab edirəm ki, o, baş tutacaq, baş tutmalıdır da… Məncə, o, ölkəyə fayda verəcək”, – D.Tramp deyib.

Daha əvvəl ABŞ prezidenti rəsmi Londonu Aİ-dən çıxışla əlaqədar İttifaq qarşısındakı öhdəliklərin yerinə yetirməməsi səbəbilə Brüsselə ödənilməli olan 39milyard funt sterlinq (təxminən, 50 milyard dollar) məbləğində təzminatı ödəməməyə çağırıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}