20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiya Quaydonun Venesuelada hakimiyyətə gəlməsinin əleyhinədir - Putin səbəbini açıqladı
Tarix: 06-06-2019 22:09 | Bölmə: Dünya
Rusiya Quaydonun Venesuelada hakimiyyətə gəlməsinin əleyhinədir - Putin səbəbini açıqladı

Əgər Venesuelada hakimiyyət dəyişəcəksə və ona müxalifət lideri Xuan Quaydo rəhbərlik edəcəksə, bu dünyada fəlakətli nəticələrə gətirib çıxaracaq.

Reyting.az xarici mətbuata istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin iyunun 6-da informasiya agentliklərinin rəhbərləri ilə görüşündə söyləyib.

“O, yaraşıqlı insandır, mən ona normalı yanaşıram, əlbəttə neytral, ancaq əgər təcrübəyə hakimiyyətə bu cür gəlmək vasitəsi təqdim etsək – insan meydana çıxdı, gözünü səmaya tərəf çevirib Allah qarşısında özünü dövlət başçısı elan edərsə - bu normaldır? Yox! Onda bu xaos bütün dünyada olacaq”, - Putin belə hesab edir.

O, eyni zamanda venesuelalı müttəfiqi – prezident Nikolas Maduronu dəstəkləyib.

“Venesuelada böhranı Venesuela xalqı həll etməlidir. Hakimiyyətdə cənab Maduronun olmasını, yaxud olmamasını da Venesuela xalqı özü dialoq, məsləhətləşmə və müxtəlif siyasi qüvvələr arasında qarşılıqlı razılaşma gedişində həll etməlidir”, - Putin söyləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər