20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Türk nazirini dinləyən hər kəsə 350 dollar ödəniş – Qalmaqal
Tarix: 07-06-2019 12:57 | Bölmə: Dünya
Türk nazirini dinləyən hər kəsə 350 dollar ödəniş

Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gülün iştirak etdiyi toplantıya qatılan şəxslərə 350 dollar təklif edilib.

Reyting.az
“Gazeteduvar”-a istinadla xəbər verir ki, bunu ABŞ-dakı Yaxın Şərq İnstitutu və Corc Vaşinqton Universitetinin əməkdaşı Gönül Tol bildirib.

Nazir Gülün Türkiyədə həyata keçiriləcək məhkəmə islahatları barədə məruzəsi “Turkish Heritage Organization” lobbi təşkilatında səslənməlidir. Təşkilat məruzəni dinləyənlərə 350 dollar pul veriləcəyini ifadə edən e-mail göndərib.

Dəvəti alanlardan biri olan Gönül Tol bunu “Twitter” vasitəsilə paylaşıb və vəsaitin Türkiyə dövlətinə məxsus olduğunu vurğulamaqla, qalmaqal yaradıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər