20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Baş nazir postuna namizəd narkotik çəkdiyini etiraf etdi
Tarix: 08-06-2019 10:58 | Bölmə: Dünya
Baş nazir postuna namizəd narkotik çəkdiyini etiraf etdi

Böyük Britaniyanın baş naziri postuna namizəd Maykl Qouv etiraf edib ki, 20 ildən çox əvvəl narkotik istifadəçisi olub.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, qeyd edilir ki, o, siyasətə gələnə qədər kokaindən istifadə edib.

“O zaman cavan jurnalist idim. Bu, səhv idi. Mən keçmişə nəzər salıram və düşünürəm ki, gərək bunu etməyəydim”, - Qouv söyləyir.

Onun fikrincə, keçmişdəki səhvlər insanı Mühafizəkarlar partiyasının rəhbəri postuna iddia hüququndan məhrum etməməlidir.

Maykl Qouvu mühafizəkarların parlamentfraksiyasının üzvləri dəstəkləyir. Onlar Avropa İttifaqından çıxdıqdan sonra Avropa qitəsinə münasibətdə prqamatik yanaşmanın lehinə çıxış edirlər.

Siyasətçi hazırda ətraf mühit məsələləri üzrə nazir vəzifəsini tutur.

Tereza Mey iyunun 7-də Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar partiyasının rəhbəri postunu tərk etdiyini açıqlayıb.

Qouvdan əlavə, bu vəzifəyə iddialı namizədlər arasında keçmiş baş nazir Boris Conson, indiki xarici işlər naziri Ceremi Hant və Brexit məsələsi üzrə keçmiş nazir Dominik Raab da var.

Bukmekerlərin fikrincə, Qouvun qalib gəlmək şansı daha çoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər