Poroşenkonun prezident seçkilərindəki məğlubiyyətinin səbəbi açıqlandı
Tarix: 09-06-2019 16:01 | Bölmə: Dünya
Poroşenkonun prezident seçkilərindəki məğlubiyyətinin səbəbi açıqlandı

Ukraynanın keçmiş lideri Pyotr Poroşenko prezident seçkilərində sosial şəbəkələrdəki aşağı fəallığı səbəbindən uduzub.

Reyting.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bunu “Avropa həmrəyliyi” siyasi qüvvəsinin seçki qərargahının rəhbəri Sergey Berezenko söyləyib.

Siyasətçi qeyd edib ki, ukraynalıları “dövlətçilər” və Rusiya ilə “dostluq və sakit şəraitdə” yaşamaq istəyənlərə bölmək olar.

O, həmçinin prezident seçkilərində uğur gətirən Zelenskinin sistemsizliyindən danışıb.

“Fəaliyyətdə olan bütün siyasətçilər seçkilərin birinci turunun nəticəsinə görə Poroşenkodan geri qalıblar. Ancaq, təəssüf, bu sistemsiz zelenskiyə ikinci turda qalib gəlmək üçün az idi”, Berezonko vurğulayıb.

Xatırladaq ki, Zelenskiyə seçicilərin 73 faizi səs verib. Poroşenko isə Ukrayna sakinlərinin yalnız 24 faizinin səsini toplaya bilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}