20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Qazaxıstanda prezident seçkisi: Tokayev 70,76% səslə liderlik edir
Tarix: 10-06-2019 10:57 | Bölmə: Dünya
 Qazaxıstanda prezident seçkisi: Tokayev 70,76% səslə liderlik edir

Qazaxıstanda keçirilən prezident seçkilərində Kasım-Jomart Tokayev 70,76 faiz səslə liderlik edir.

Bu barədə "Report" Qazaxıstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına əsasən məlumat verir.

Qeyd edək ki, Qazaxıstanda iyunun 9-da keçirilmiş prezident seçkisində saat 20:00-da seçki məntəqələrinin əksəriyyətinin bağlandığı ana olan məlumata görə, seçici fəallığı 77,4% təşkil edib.

Xatırladaq ki, təxminən, 30 il dövlət başçısı olan Nursultan Nazarbayev martın 20-də prezidentlik səlahiyyətlərini təhvil verib. Bundan sonra daha əvvəl parlamentin yuxarı palatasının sədri olmuş Kasım-Jomart Tokayev dövlət başçısı olub.

Tokayev növbədənkənar seçkini vəzifəyə təyin olunduqdan üç həftə sonraya təyin edib.

Yeddi nəfər, o cümlədən Nazarbayevin rəhbərlik etdiyi "NurOtan" Partiyasının namizəd kimi irəli sürdüyü Tokayev prezidentliyə namizəd kimi qeydə alınıb. Prezident beşillik müddətə seçilir. Qələbə qazanmaq üçün namizəd 50%-dən çox səs toplamalıdır. Namizədlərdən heç biri seçicilərdən lazımi dəstəyini ala bilməsə, seçkilərin ikinci turu təyin ediləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər