20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Bu ölkədə 300-dən çox edam yeri aşkarlandı
Tarix: 11-06-2019 15:07 | Bölmə: Dünya
Bu ölkədə 300-dən çox edam yeri aşkarlandı

Cənubi Koreyanın Transitional Justice Working Group hüquq müdafiə qrupu Şimali Koreya ərazisində insanların edam edildiyi yüzlərlə yer müəyyənləşdiriblər.

Reyting.az bildirir ki, bu barədə “Independent” qrupun hesabatına istinadən məlumat yayıb.

“Cənubi koreyalı hüquq müdafiəçiləri Şimali Koreyada kütlə qarşısında və məhkəməsiz edamların icra olunduğu yüzlərlə yer müəyyənləşdiriklərini söyləyiblər”, - məlumatda vurğulanır.

Transitional Justice Working Groupun məlumatına görə, söhbət 323 belə yerdən gedir. Hüquq müdafiəçiləri edamların daha çox bazarlarda, məktəblərdə, eləcə də çaylar, sahələr və təpələrdə baş verdiyini deyirlər.

Günahkar bilinənin ailə üzvləri, yaxud qonşularını da edamı izləməyə məcbur edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər