17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Səudiyyə Ərəbistanında spirtli içkilərin satışına icazə verilə bilər
Tarix: 16-06-2019 12:33 | Bölmə: Dünya
Səudiyyə Ərəbistanında spirtli içkilərin satışına icazə verilə bilər

Səudiyyə Ərəbistanında spirtli içkilərin satışına yasağın qaldırılması gündəmdədir.

Reyting.az
“Bloomberg”-ə istinadla xəbər verir ki, şahzadə Məhəmməd bin Salman özünün “Vision-2030” inkişaf proqramı çərçivəsində ölkəsinin turizm cazibəsini artırmaq niyyətindədir. Xüsusilə Qırmızı dəniz sahillərinin qapılarını əcnəbi qonaqlara açmaq üçün bir çox tədbirlər düşünülür.

Bu kurortlarda spirtli içkilərin satışına icazə veriləcəyi xəbəri dolaşmaqdadır. Doğrudur, “Arab News” qəzetinə açıqlamasında anonim qalmış bir səudiyyəli rəsmi alkoqola qadağanın götürülməsi barədə dedi-qoduları təkzib edib.

Lakin “Bloomber”-in araşdırmaları nəticəsində hazırda BƏƏ-də Səudiyəyə qaçaqmalçılıq yolu ilə spirtli içkilərin gətirildiyi aşkarlanıb. Bir şüşə şərab hazırda 800 rialdır (213 dollar). Viski, cin və s. kimi tünd spirtli içkilər isə 1200 rial.

Hazırda hökumət əhalinin bu cür xəbərlərə təpkisini müəyyənləşdirir. Odur ki, yaxın gələcəkdə əcnəbi qonaqların istirahət guşələrində alkoqolun satışına icazə veriləcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}