Gürcüstanın yeni spikeri 14 günə seçiləcək
Tarix: 21-06-2019 16:17 | Bölmə: Dünya
Gürcüstanın yeni spikeri 14 günə seçiləcək

Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili müvəqqəti olaraq spiker səlahiyyətlərini yerinə yetirəcək.

Spiker İrakli Kobaxidze istefası ilə bağlı parlamentə müraciət edəcək.

Prosedur qaydalara əsasən, əgər parlamentin sədri vəzifəsini vaxtından əvvəl tərk edirsə, bu zaman yeni sədr 14 gün ərzində seçilir.

Yayılan məlumatlara əsasən, hakim Gürcü Arzusu Partiyası spiker postuna parlament çoxluğunun sədri Arçil Talakvadzenin namizədliyini irəli sürəcək.

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Ötən gecə isə Tbilisidə geniş etirazaksiyası keçirilib.Polis güc tətbiq edərək aksiyanı dağıdıb, yüzlərlə insanxəsarət alıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili Belarusa,parlamentin sədri İrakli Kobaxidzeisə Azərbaycana rəsmi səfərlərini yarımçıq dayandıraraq iyunun 21-dəTbilisiyə qaydıblar.

İ.Kobaxidze Bakıdan ölkəsinə qayıtdıqdan sonra parlamentin sədri vəzifəsindən istefa verib.(Report)




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}