20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Gürcüstandan Putinə cavab verildi: "Əsas ölkəmizin suverenliyidir"
Tarix: 22-06-2019 17:15 | Bölmə: Dünya
Gürcüstandan Putinə cavab verildi: "Əsas ölkəmizin suverenliyidir"

Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya Prezidenti Vladimir Putinin Gürcüstana uçuşlara qadağa qoymasına münasibət bildirib.

Xüsusi nümayəndə hazırda təhlilin aparılması məqsədi ilə həmin qərarla bağlı ətraflı informasiya toplandığını deyib.

Z.Abaşidze söyləyib ki, təhlildən sonra məsələ ilə bağlı ətraflı şərh veriləcək: "Bizim əsas vəzifəmiz ölkəmizin suverenliyini və hər bir vətəndaşın marağını müdafiə etmək və ciddi məsələlər üzrə tələsik qərarlardan çəkinməkdir”.

O, Gürcüstan və Rusiya arasında 2012-ci ildən danışıqların aparıldığı Abaşidze-Karasin formatına yenidən baxılacağını istisna etməyib.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin yerli aviaşirkətlərə iyulun 8-dən etibarən Gürcüstana uçuşlar həyata keçirməyi qadağan edən qərar qəbul edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər