İstanbulda seçki: rəqiblər və Ərdoğan səs verdi
Tarix: 23-06-2019 14:04 | Bölmə: Dünya
İstanbulda seçki: rəqiblər və Ərdoğan səs verdi

Xəbər verdiyimiz kimi, bu gün İstanbulda təkrar bələdiyyə seçkiləri start götürüb.

Reyting.az
xəbər verir ki, az əvvəl Binəli Yıldırım səsini verib.

Onunla eyni vaxtda əsas rəqibi Əkrəm İmamoğlu Bəylikdüzü rayonunda seçkidə iştiark edib.

Prezident Ərdoğan isə həyat yoldaşı və kürəkəni ilə birlikdə Üsküdarda səslərini veriblər.

Səsvermədən sonra isə o, prosesi sonadak İstanbuldan izləyəcəyini deyib: "İnanıram k, bu gün istanbullular düzgün seçim edəcək".

CHP lideri və MHP liderləri isə səs verməyiblər. Onların hər ikisi Ankaradan seçkini izləyəcəklərini açıqlayıblar.

Xatırladaq ki, Bakı vaxtı ilə saat 9-da səsvermə başlayıb.

Bu gün 10 milyon 560 min 963 seçici səs verəcək.




Bölməyə aid digər xəbərlər
18-03-2024, 10:41 Niger İrana uran verir?

{sape_links}{sape_article}