Gürcüstanda etirazçıların tələbləri yerinə yetirilmədi
Tarix: 23-06-2019 16:00 | Bölmə: Dünya
Gürcüstanda etirazçıların tələbləri yerinə yetirilmədi

Tbilisidə etirazçıların tələblərinin yerinə yetirilməsi üçün hökumətə verilən vaxt başa çatıb.

Reyting.az
“Report”aistinadla xəbər verir ki, tələblərin heç biri yerinə yetirilmədiyindən saat 19:00-da parlamentin binası qarşısında yenidən etiraz aksiyası keçiriləcək.

Aksiyanın tələbləri daxili işlər naziri Giorgi Qaxarianın istefası, iyunun 20-də Tbilisidə keçirilən kütləvi aksiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılması və proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsindən ibarətdir.

Bu ərəfədə parlament binası qarşısında aksiyada çıxışlar üçün quraşdırılan səhnə və avadanlıq ərazidən götürülüb. Müxalifət Tbilisi meri Kaxa Kaladzedən səhnə və avadanlıqların yerinə qaytarılmasını tələb edir. Əks halda, müxalifət aksiyanın daha ciddi xarakter alacağı ilə bağlı xəbərdarlıq edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}