Efiopiyada dövlət çevrilişinə cəhd: mühafizəçi Baş Qərargah rəisini güllələdi
Tarix: 23-06-2019 16:47 | Bölmə: Dünya
Efiopiyada dövlət çevrilişinə cəhd: mühafizəçi  Baş Qərargah rəisini güllələdi

Efiopiyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

Reyting.az
NTV-yə istinadla xəbər verir ki, çevrilişə cəhd zamanı ölkə ordusunun Baş Qərargah rəisi Seare Mekonnenin öldürülüb.

O, şəxsi mühafizəçisi tərəfindən güllələnib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Baş qərargah rəisi ilə yanaşı, daha bir neçə vəzifəli şəxs də güllələnərək, qətlə yetirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}