20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Gürcüstanda siyasi dəyişiklik qərarı verildi - Seçkilərlə bağlı
Tarix: 24-06-2019 13:45 | Bölmə: Dünya
Gürcüstanda siyasi dəyişiklik qərarı verildi

2020-ci ildə Gürcüstanda parlament seçkiləri proporsional seçki sistemi ilə keçiriləcək.

Bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının sədri Bidzina İvanişvili məlumat verib.

Onun sözlərinə görə, bu barədə qərar ölkənin üzləşdiyi problemlərlə bağlı qəbul olunub.

Partiya sədri parlament seçkilərinin sıfır seçki baryeri şəraitində keçiriləcəyini deyib.

Qeyd edək ki, parlament seçkilərinin proporsional seçki sistemi ilə keçirilməsi etirazçıların tələblərindən biri olub.

Cürcüstanın Baş naziri Mamuka Baxtadze isə məsələyə münasibət bildirərkən deyib ki, hakim partiyanın sədri Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib.

Onun sözlərinə görə, 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi barədə qərar ətraflı müzakirə olunub və komanda bu qərarı yekdilliklə dəstəkləyib.

Baş nazir qeyd edib ki, hakim partiyanın təşəbbüsü ilə proporsional seçki sisteminə 2024-cü ildən etibarən keçmək nəzərdə tutulurdu: “Bu məsələ ilə bağlı qərara dəyişiklik edildi. Proporsional sistem ilə parlamentdə daha çox partiya təmsil olunacaq və bu da Gürcüstanda parlament demokratiyasının tam bərqərar olmasına kömək edəcək”.

Onu da qeyd edək ki, bu gün “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının iclası, daha sonra isə partiyanın rəhbərlik etdiyi parlament çoxluğunun toplantısı keçirilib. Hər iki iclasda son günlər ölkədə cərəyan edən proseslər və etirazçıların tələbləri müzakirə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər