08:41 / 11-12-2024
Dmitri Medvedev Pekindədir
Etirazçılar Ermənistan-Gürcüstan dəmir yolunu bağlayıb - Erməni işçilər ayağa qalxdı
Tarix: 01-07-2019 14:42 | Bölmə: Dünya
Etirazçılar Ermənistan-Gürcüstan dəmir yolunu bağlayıb - Erməni işçilər ayağa qalxdı

Ermənistanda Alaverdi Misəritmə Kombinatının işdən çıxarılmış fəhlələri etiraz aksiyası keçirir.

Reyting.az
erməni KİV-nə istinadla xəbər verir ki, ağır sosial vəziyyətlə üzləşmiş insanlar Ermənistan-Gürcüstan dəmir yolunu bağlayıb.

Misəritmə zavodunun sahibi olan “Valleks” şirkətlər qrupu işdən çıxarılan fəhlələrə iyun ayınadək maaşların ödəniləcəyi barədə vəd vermişdi. Lakin bu vədin yerinə yetirilmədiyini, habelə onların işdən qanunsuz çıxarıldığını iddia edən fəhlələr səhər saatlarına Gürcüstana gedən dəmir yolunu kəsib. Onlar problemin həll edilməsi üçün hökumətin məsələyə müdaxilə etməsini və maaşlarının ödənilməsini tələb edirlər. Hökumətdən etirazçıların tələblərinə cavab gəlməyib.

Alaverdi Misəritmə Kombinatı ötən ilin oktyabrında hökumətlə banklar arasında yaranan maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırıb. Təqribən 600 fəhlənin işlədiyi bu müəssisə sonradan xaricdə emal olunan mis yarımfabrikatlar istehsal edirdi. Bu məhsullar Ermənistan büdcəsinə gəlir gətirən on ixrac malları siyahısına daxildir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər