Gürcüstan prezidenti Rusiya rəhbərliyinə müraciət etdi
Tarix: 09-07-2019 14:47 | Bölmə: Dünya
Gürcüstan prezidenti Rusiya rəhbərliyinə müraciət etdi

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya rəhbərliyinə müraciət edib.

Dövlət başçısı keçirdiyi brifinqdə Rusiyanı eskalasiyaya yol verməməyə çağırıb.

S.Zurabişvili bildirib ki, Gürcüstanın sülh siyasəti ölkədə və bölgədə sabitliyin qorunub saxlanılması üçün yeganə vasitədir.

Prezident Rusiyada yaşayan gürcülərə də müraciət edib: “Mən sizin prezidentinizəm və sizin əmin-amanlığınız bizim üçün vacibdir. Hökumət sizinlə bağlı vəziyyətin gərginləşməməsi üçün mümkün edən hər şeyi edir”.

S.Zurabişvili Gürcüstanda olan rusiyalı turistlərə də müraciət edərək ölkənin tarixən dözümlülük simvolu olduğunu qeyd edib: “Biz bu ənənənin pozulmasına imkan verməyəcəyik. Gürcüstanda əcnəbi vətəndaş və ya qonaq üçün təhlükə yaradan heç bir insident olmayıb”.

Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər