"Bu, ona şərəf gətirər" - Putin onu təhqir edən jurnalistə belə cavab verdi
Tarix: 09-07-2019 17:36 | Bölmə: Dünya
"Bu, ona şərəf gətirər" - Putin onu təhqir edən jurnalistə belə cavab verdi

Rusiya Prezidenti Vladimir Putin Gürcüstana sanksiyalara tətbiq etməyəcək.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, o bu barədə suala belə cavab verib:

"Mən bunu məhz gürcü xalqına hörmətimə görə etməzdim”.

Prezident, həmçinin onu təhqir edən gürcü jurnalistə qarşı cinayət işinin açılması məsələsinə də münasibət bildirib: "Hər hansı cinayət işinin açılması ona şərəf gətirərdi. Qoy yayımını davam etdirsin”.

Xatırladaq ki, iyulun 7-də Gürcüstanın Rustavi-2 telekanalının aparıcısı Georgi Qabuniya özünün müəllif proqramında Rusiya Prezidenti Vladimir Putinin və valideynlərinin ünvanına təhqiredici ifadələr səsləndirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}