20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Otelə hücum edən üç nəfər edam olundu
Tarix: 10-07-2019 17:51 | Bölmə: Dünya
Otelə hücum edən üç nəfər edam olundu

2017-ci ildə Somalidəki otellərdən birinə hücumda təqsirkar bilinən üç nəfər paytaxt Moqadişoda edam edilib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, edam edilən hər üç şəxsin “Əl-Qaidə” şəbəkəsi ilə əlaqəli olan “Əş-Şəbab” qruplaşmasının üzvü olduğu bildirilir.

Xatırladaq ki, 2017-ci il oktyabrın 28-də bomba yüklənmiş avtomobil Moqadişonun mərkəzində - Prezident Sarayından 600 metr məsafədə yerləşən “Nasa-Hablod” oteli yaxınlığında partladılıb. Bundan sonra silahlılar otel binasına soxularaq atəş açmağa başlayıb. Bir neçə dəqiqədən sonra Somali parlamentinin köhnə binası yaxınlığında daha bir partlayış törədilib. Hücumlar nəticəsində 18 nəfər həlak olub, 47 nəfər isə yaralanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər