Suriyada partlayış: 8 nəfər ölüb, 35-i yaralanıb
Tarix: 11-07-2019 12:48 | Bölmə: Dünya
Suriyada partlayış: 8 nəfər ölüb, 35-i yaralanıb

Suriyanın Afrin bölgəsinin mərkəzində içərisində partlayıcı qurğu yerləşdirilən avtomobilin partlaması nəticəsində 8 mülki şəxs ölüb, 35 dinc sakin yaralanıb.

Məlumatı “CNNTurk” yayıb.

Bildirilib ki, hadisə iyulun 11-də Afrinin cənubundakı Tirendə yaşayış məntəqəsində partlayıcı qurğu yüklənmiş mazut daşıyan avtomobilin partlaması nəticəsində baş verib.

Hücumu terrorçu PKK-nın Suriyadakı “YPG” və “PYD” adlı qollarnın törətdiyi ehtimalı daha çoxdur.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Zeytun budağı əməliyyat nəticəsində Afrini, ətraf bölgələri terrorçulardan təmizləmişdi/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}