20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Keçmiş prezidentə 11 cinayət işi açılıb
Tarix: 17-07-2019 17:13 | Bölmə: Dünya
Keçmiş prezidentə 11 cinayət işi açılıb

Ukrayna dövlət araşdırma bürosu ölkənin keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı açılan 11 cinayət işi ilə məşğuldur.

Reyting.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda büronun nümayəndəsi Roman Truba məlumat verib.

“Bunlar cinayətkar yolla əldə edilən gəlirlərin mümkün leqallaşdırılmasından tutmuş hakimlərin fəaliyyətinə müdaxiləyə qədər olan işlərdir”, - Truba jurnalistlər üçün keçirilən brifinqdə söyləyib.

Onun sözlərinə görə, eks-prezident vergi ödəməkdən mümkün yayınma və “Kuznitsa na Rıbalskom” zavodunun satışından əldə olunan gəlirin leqallaşdırılması işləri üzrə ifadə verməyə çağırılıb. Poroşenko isə seçki kampaniyasında iştirak etdiyi üçün ifadə verməyə gələ bilməyib.

“Biz görüşə gedəcəyik, onu seçkilərdən sonra ifadə verməyə çağıracağıq”, - Truba qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər