11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
NATO-nun baş katibi: "Türkiyənin "F-35” proqramının bir hissəsi olmayacağından narahatam”
Tarix: 18-07-2019 10:57 | Bölmə: Dünya
NATO-nun baş katibi: "Türkiyənin "F-35” proqramının bir hissəsi olmayacağından narahatam”

"NATO-nun Türkiyə ilə əməkdaşlığı "F-35”lərdən daha dərin və əhatəlidir".

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın Türkiyəni "F-35” proqramından çıxarmasına şərh verərkən deyib.

O, Türkiyənin Rusiyadan aldığı "S-400"-lərin əhəməiyyətli olduğunu dyeib, lakin əlavə edib ki, Türkiyə "S-400”-lərdən daha əhəmiyyətlidir: "Alacağı müdafiə sistemi haqqında qərar vermək hər ölkənin öz işidir. NATO üçün əhəmiyyətlisi bunun Alyansın sistemlərinə uyğun işləyib, işləməməsidir. Türkiyənin aldığı "S-400” kompleksi NATO-nun müdafiə sisteminə inteqrasiya olmayacaq, çünki bunlar birlikdə fəaliyyət göstərə biləcək bir qurğu deyil. Türkiyə də belə bir tələb irəli sürməyib”.

Stoltenberq ABŞ-ın qərarından da narahat olduğunu gizlətməyib: "Türkiyə NATO-nun hava müdafiə sisteminin bir parçasıdır və bu, belə də davam edəcək. Ancaq Türkiyənin "F-35” proqramının bir hissəsi olmayacağından da narahatam”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}