Səudiyyə səfiri: “Tehranla təmas qurulub”
Tarix: 19-07-2019 14:42 | Bölmə: Dünya
Səudiyyə səfiri: “Tehranla təmas qurulub”

Səudiyyə Ərəbistanının BMT-dəki daimi təmsilçisi Riyadın Tehranla diplomatik təmasda olmaq istədiyini və hətta İranla əlaqə qurulduğunu iddia edib.

Reyting.az
“əl-Xəlic əl-Cədid”ə istinadla xəbər verir ki, səfir Abdullah əl-Mualimi ölkəsinin İslam Respublikası ilə müharibə aparmaq istəmədiyini söyləyib.

Əl-Mualimi deyib: "Yəmən böhranını sona çatdırma vaxtıdır. Səudiyyə Ərəbistanı İranla Yəməndə və onun xaricində heç bir müharibə istəmir".

Səudiyyə Ərəbistanının daimi təmsilçisi Riyadın İslam Respublikası ilə diplomatik əlaqəyə hazır olduğunu bildirib. O, ortaq bir təmələ ehtiyacı olduğunu deyib.

Səudiyyəli diplomat vurğulayıb ki, Tehranla təmaslar Məkkədə keçirilən İslam Zirvə Toplantısında olub. Lakin səfir bu barədə daha ətraflı məlumat verməyib.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}