20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İsrail kəşfiyyatı: “Facebook”-da iranlı casuslar aşkarlanıb
Tarix: 25-07-2019 00:16 | Bölmə: Dünya
İsrail kəşfiyyatı: “Facebook”-da iranlı casuslar aşkarlanıb

İsrailin Təhlükəsizlik Agentliyi “Şin Bet” sosial şəbəklərdə iranlı casusları ifşa etdiyini bildirib.

Reyting.az
“Jerusalem Post”-a istinadla xəbər verir ki, agentliyn iddiasına görə, əməliyyat yerli polis və ordu səlahiyyətliləri ilə birlikdə həyata keçirilib.

Əməliyyat zamanı Qərbi Şəriyyədə “İran kəşfiyyatının maraqlarına uyğun fəaliyyət göstərən” qrup aşkarlanıb. Onlar həmin ərazidə “terror aktları örətmək üçün” məxfi informasiya toplamağa çalışıb.

“Şin Bet”in iddiasına görə, qrupa Suriya ərazisindən rəhbərlik edilib. “Əbu Cihad” adlı şəxsin başçılıq etdiyi casuslar “Facebook”-dakı saxta hesablarla cuğulçu toplamağa cəhd edib.

Agentliyin açıqlamasında deyilir: “İsrail vətəndaşlarının əksəri onlarla əməkdaşlıq etməkdən imtina edib. Onların şübhəli element olduğunu anlayaraq əlaqələri kəsiblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər