Əhmədinejad yenidən İranın prezidenti olmaq istəyir?
Tarix: 25-07-2019 12:12 | Bölmə: Dünya
Əhmədinejad yenidən İranın prezidenti olmaq istəyir?

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ABŞ nəşrinə müsahibə verib.

Reyting.az
“The Nation”-a istinadla xəbər verir ki, Əhmədinejad Trampa bənzərliyi barədə suala cavabında deyib: “Saçımın rəngi onunkundan fərqlidir və mən zəngin adam deyiləm”.

İran və ABŞ arasında gərginlik barədə açıqlamasında eks-prezident vəziyyəti dəyişə biləcəyini bildirib.

Əhmədinejad əlavə edib: “Tərəflər bir-birinə hörmət və ehtiramla yanaşmalıdır. Birtərəflilik diktatura və əsarət doğurur”.

2015-ci ilin nüvə sazişini məqbul sayan eks-prezident sənədin çoxtərəfli olduğunu xatırladıb.

İranda keçiriləcək gələcək prezident seçkilərində iştirakı barədə suala Əhmədinejad belə cavab verib: “Siyasi proqramım yoxdur və mən həmişə xalqın xidmətçisiyəm”.

Xatırladaq ki, bundan əvvəl İranın keçmiş prezidenti "Nyu-York Taymz"a müsahibə vermişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}