17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Dağlıq Qarabağda erməni əsgərinin ölümünə görə baş gizir tutulub
Tarix: 25-07-2019 13:29 | Bölmə: Dünya
Dağlıq Qarabağda erməni əsgərinin ölümünə görə baş gizir tutulub

Dağlıq Qarabağda erməni əsgərinin ölümünə görə döyüş postunun baş giziri saxlanılıb.

“Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin müdiri Naira Arutyunyan bildirib.

O deyib ki, Ermənistan silahlı qüvvələrinin əsgəri Volodya Qaloyanın ölüm faktı ilə əlaqədar istintaq davam edir. Saxlanılan baş gizirin adı açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan ordusunun əsgəri iyulun 24-də ölüb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}