16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İsrail Alyaskada raket əleyhinə yeni sistemini sınaqdan keçirdi
Tarix: 28-07-2019 17:27 | Bölmə: Dünya
İsrail Alyaskada raket əleyhinə yeni sistemini sınaqdan keçirdi

İsrail Müdafiə Nazirliyi Alyaskada "Xes-3" raket əleyhinə sistemin müvəffəqiyyətli sınaqlarını keçirdi.

Bu barədə İsrail Müdafiə Nazirliyinə istinadən The Times of Israel bildirib.

"Xes-3" atmosferdən kənarda, əvvəl görmədiyimiz yüksəklik və sürətlərdə ballistik raketləri müvəffəqiyyətlə yaxaladı", - İsrailin baş naziri Binyamin Netanyaxu bildirdi.

"Xes-3" raket əleyhinə müdafiə kompleksi böyük yüksəkliklərdə və atmosferdən kənarda hədəflərin ələ keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Qeyd edilir ki, sınaqlar ABŞ-ın Raket əleyhinə müdafiə agentliyi ilə birgə İsrailin Müdafiə Nazirliyi tərəfindən keçirilirdi/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}