16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Fars körfəzində İran-Rusiya birgə təlimləri – Admiraldan açıqlama
Tarix: 29-07-2019 23:24 | Bölmə: Dünya
Fars körfəzində İran-Rusiya birgə təlimləri – Admiraldan açıqlama

İran və Rusiya tezliklə Fars körfəzində birgə təlimlər keçirəcək.

Reyting.az
“Entexab”a istinadla xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Hüseyn Xanzadi bildirib.

Xanzadi deyib: “Biz bu ilin sonunda Hind okeanı hövzəsində birgə təlimlər keçirməyi qərara almışıq”.

O əlavə edib ki, hərbi təlimlərlə bağlı yaxın vaxtlarda məsləhətləşmələr aparılacaq.

“Təlimlər üçün ən yaxşı bölgə okeanın şimal hissəsi, o cümlədən Ərəb dənizi, Hörmüz boğazı və Fars körfəzidir”.

Moskvada səfərdə olan admiral Xanzadi Rusiya Müdafiə Nazirliyi ilə Xəzər dənizi regionunda müqdafiə və hərbi əməkdaşlıq haqqında danışıqlar aparıldığını da vurğulayıb. Onun sözlərinə görə, bu danışıqlar Xəzər donanmaları komandanlarının sammiti çərçivəsində gerçəkləşdirilir.

Admiral qeyd edib ki, Sankt-Peterburqda Rusiyanın Donanma Günü münasibəti ilə keçirilən tədbirlərdə Aazərbaycan, Filippin, Şri-Lanka və Bruneydən olan vəzifədaşları ilə görüşlər keçirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}