Üsamə bin Ladenin başına 1 milyon dollar qoyulmuş oğlu öldü
Tarix: 01-08-2019 00:56 | Bölmə: Dünya
Üsamə bin Ladenin başına 1 milyon dollar qoyulmuş oğlu öldü

ABŞ kəşfiyyatı "Əl-Qaidə" terror təşkilatının keçmiş rəhbəri Üsamə bin Ladenin oğlu Həmzənin öldüyü barədə məlumat əldə edib.

Bu barədə üç hökumət nümayəndəsinə istinadən NBC telekanalı məlumat yayıb.

Bununla belə onlar Həmzə bin Ladenin harada və hansı şəraitdə öldüyü barədə məlumat verməkdən imtina ediblər.

Mart ayında ABŞ Həmzənin yerini müəyyən etməyə imkan verən istənilən məlumata görə 1 milyon dollar dəyərində mükafat vəd etmişdi.

Xatırladaq ki, Üsamə bin Laden Amerika xüsusi təyinatlılarının 2011-ci ildə Pakistanda apardığı əməliyyat zamanı öldürülüb.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}