16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tramp İran nazirindən qisas alıb – Sanksiyanın pərdəarxası
Tarix: 03-08-2019 10:46 | Bölmə: Dünya
Tramp İran nazirindən qisas alıb – Sanksiyanın pərdəarxası

“İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin sanksiya siyahısına salınması qisasdır”.

Reyting.az
“New Yorker”ə istinadla xəbər verir ki, BMT-nin son tədbirinə qatılan Zərif keçən ay ABŞ-da respublikaçı senator Rand Polla gizli görüş keçirib.

Senator Rand Pol Senatın Xarici Əlaqələr Komitəsinin üzvüdür və İranla müharibəyə qarşı çıxır.

Rand Pol İranın xarici işlər nazirini Donald Trampın adından Ağ Evə dəvət edib. Zərif Tehranla məsləhətləşdikdən sonra dəvətdən vaz keçib.

“New Yorker”-in iddiasına görə, məhz bundan sonra Tramp ondan qisas almaq qərarına gəlib və Cavad Zərif sanksiya siyahısına salınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}