14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Livanlı aktrisa: “Fələstinlilər Hitlerin qaz sobalarında yandırılmalıdır”
Tarix: 06-08-2019 11:08 | Bölmə: Dünya
Livanlı aktrisa: “Fələstinlilər Hitlerin qaz sobalarında yandırılmalıdır”

Livanlı aktrisa Soha Kikano fələstinliləri nasist lideri Adolf Hitlerin sobalarında yandırılmasına çağırıb.

Reyting.az
“Middle East Monitor”-a istinadla xəbər verir ki, bu çağırış Livan hökumətinin fələstinlilərin əmək hüquqlarının məhdudlaşdırılması qərarına etirazlarından sonra səslənib.

Kikano "Twitter"- də yazıb: "Sidondakı fələstinlilər əmək nazirinin qərarlarına etiraz edirlər. Qoy onlar kor olsunlar!”

Aktrisa fələstinlilərə qarşı tədbir görməyə çağırıb. O cümlədən, Holokostu həyata keçirmək üçün istifadə olunan Hitler sobalarını qeyd edib. Daha sonra Kikano fələstinliləri "sərbəst buraxılmış canavarlar" adlandırıb. "Onlar qanunlar olmadan işləmək istəyir", – deyə o əlavə edib.

Soha Kikanonun tvitləri Livanda geniş müzakirələrə səbəb olub. Livanlı jurnalist Hişam Həddad, Kikanonın mühakimə etməyə çağırıb və Livan xarici işlər naziri Cəbran Bassili partiyasının üzvü olan aktrisanın ictimai qınanmasını tələb edib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}