20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Hulusi Akar: "ABŞ olmasa, bunu təkbaşına etməkdə qərarlıyıq"
Tarix: 07-08-2019 15:20 | Bölmə: Dünya
Hulusi Akar: "ABŞ olmasa, bunu təkbaşına etməkdə qərarlıyıq"
"Türkiyə və ABŞ nümayəndələri arasında Suriyanın şimalında təhlükəsizlik bölgə yaradılması ilə bağlı müzakirələri müsbət istiqamətdə davam edir".

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar tərəflər arasında məsələyə dair aparılan müzakirələri şərh edəkən bildirib.

"Biz cənub sərhədlərimizdə terror dəhlizinin yaranmasına icazə verməyəcəyik. Bu məsələdə mümkün olanı edəcəyik. ABŞ olmasa, bunu təkbaşına etməkdə fikrimiz qətidir. Biz toplantıda təhlükəsizliyimizlə bağlı narahatlğımızı dilə gətirdik.

Prezidentimizin (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutur-red.) ifadə etdiyi kimi, biz müttəfiqimiz ABŞ-la birlikdə fəaliyyət göstərməyi arzulayırıq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyə və ABŞ-ın hərbi heyəti Suriyadakı vəziyyətə dair müzakirə aparır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər