16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İsrailli nazirdən ərəb vəzifədaşına təbrik mesajı
Tarix: 14-08-2019 10:45 | Bölmə: Dünya
İsrailli nazirdən ərəb vəzifədaşına təbrik mesajı

İsrailin xarici işlər naziri bəhreynli vəzifədaşını dost olaraq xarakterizə edib və ən qısa zamanda onunla görüşəcəyini ümid etdiyini bildirib.

Reyting.az
“Tvitter”ə istinadla xəbər verir ki, İsrail Katz Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd əl-Xəlifəni Qurban bayramı münasibətilə təbrik edib.

Mesajı “Twitter”-də yayan israilli nazir ismarışını həm ərəb, həm də ingilis dillərində yazıb, üstəlik, Bəhreynin xarici işlər naziri ilə özünün şəklini yerləşdirib.

Bəhreyn 2013-cü ildə “Hizbullah”ı terror təşkilatı elan edən ilk ərəb ölkəsidir. 2016-cı ildə İsrailin keçmiş prezidenti Şimon Peresin dəfnində iştirak üçün yəhudi dövlətinə heyət göndərib. 2017-ci ilin payızında Bəhreyn kralı Həməd bin İsa əl-Xəlifə İsrailin boykot edilməsini qınayıb və israillilərin ölkəsinə gələ biləcəyini açıqlayıb.

2019-cu ilin martında Bəhreyn ilk dəfə İnsan Haqları Şurasında İsrailə qarşı səs verməkdən imtina edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}