Rusiyada təyyarə qəzası: yaralıların sayı artır
Tarix: 15-08-2019 22:27 | Bölmə: Dünya
Rusiyada təyyarə qəzası: yaralıların sayı artır

Rusiyada "Ural Airlines” təyyarəsinin paytaxt Moskva yaxınlığında təcil eniş etməsi zamanı xəsarət alanların sayı 75 nəfərə çatıb.

Bu barədə "RİA Novosti" xəbər yayıb.

Qeyd edilir ki, onlardan 19-u uşaqlardır. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, "Ural Airlines” şirkətinə məxsus "Airbus-321” təyyarəsi Moskvadakı "Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib. Hadisə zamanı təyyarədə 226 sərnişin və 7 heyət üzvü olub. Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb.

Hava limanından kənar boş bir əraziyə endikdən sonra təyyarənin mühərriki yerindən qopub/Report




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}