20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiya keçmiş deputatı Ermənistana təhvil vermək istəmir
Tarix: 17-08-2019 16:31 | Bölmə: Dünya
Rusiya keçmiş deputatı Ermənistana təhvil vermək istəmir

Rusiya Baş Prokurorluğu Ermənistan Məhkəmə Qərarlarının İcbari İcrası Xidmətinin sabiq rəhbəri, Respublikaçılar Partiyasından keçmiş deputat Mihran Poğosiyanı ölkəsinin hüquq-mühafizə orqanlarına təhvil verməyi rədd edib.

TASS xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatruryan özünün “Facebook” səhifəsində yazıb.

O, qarşı tərəfin 1993-cü ildə qəbul edilmiş Mülki, Ailə, Cinayət İşlərinə dair Hüquqi Yardım və Hüquqi Münasibətlər Konvensiyasına istinad etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, 2008-2017-ci illərdə qeyd olunan vəzifədə işləmiş, sonradan 2018-ci ilədək deputat olmuş M. Poğosiyan külli miqdarda mənimsəmələr və vəzifə səlahiyyətlərindən sui-istifadələrdə ittiham olunaraq cari ilin aprel ayından axtarışa verilib.(Report)





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər