Avropa Komissiyası Trampa qarşı çıxdı - Qoca qitə Qrenlandiya məsələsində Danimarkanı dəstəklədi
Tarix: 21-08-2019 17:35 | Bölmə: Dünya
Avropa Komissiyası Trampa qarşı çıxdı - Qoca qitə Qrenlandiya məsələsində Danimarkanı dəstəklədi

Avropa Komissiyası Qrenlandiyanın satılması ideyasının müzakirəsindən imtina edən Danimarka hökumətini dəstəkləyib.

Bu barədə Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto jurnalistlərə bildirib.

"Qrenlandiya məsələsində Avropa Komissiyası Danimarkanın baş naziri və Qrenlandiya hökuməti tərəfindən bildirilən mövqeyi tam dəstəkləyir", - deyə o qeyd edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı almaq istədiyini rəsmi şəkildə bəyan edib. Qeyd olunur ki, ABŞ Qrenlandiyanı 10 trilyon dollar məbləğində qiymətləndirib.

Danimarkanın baş naziri Mette Frederiksen Birləşmiş Ştatların Qrenlandiyanı almaq ideyasını müzakirə etmək istəmədiyini açıq şəkildə bildirəndən sonra isə D.Tramp Danimarkaya səfərini təxirə salıb/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}