20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Boris Conson: "Rusiyanın G7-yə qayıtması barədə danışmaq hələ tezdir"
Tarix: 22-08-2019 10:50 | Bölmə: Dünya
Boris Conson: "Rusiyanın G7-yə qayıtması barədə danışmaq hələ tezdir"

"Rusiyanın G7-yə qayıtması və "Böyük səkkizliy"in bərpa edilməsi barədə danışmaq hələ tezdir".

Bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson Almaniya kansleri Angela Merkel ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Rusiyanın G7-yə yenidən daxil edilməsi ilə bağlı fikirlərlə tanışam. Amma Solsberidə baş verənləri, Britaniya torpağında kimyəvi silahdan istifadə edilməsini nəzərə alsaq, davam edən qeyri-sabitliyi və vətəndaş müharibəsini, Ukraynadakı müharibəni, Rusiyanın təxribatlarını, özü də təkcə Ukraynada yox, nəzərə alsaq, kansler Merkel ilə razı olduğumu söyləməliyəm: Rusiyanın geri qayıtması üçün arqumentlər hələ tapılmadır", - B.Conson deyib.

A.Merkel isə bəyan edib ki, Rusiyanın geri qayıtması məsələsində real irəliləyişdən danışmağa ehtiyac yoxdur. Onun sözlərinə görə, Ukrayna məsələsi üzrə sülh danışıqları yeni şəraitin yaranmasına töhfəsini verə bilər.

Xatırladaq ki, bundan əvvəl ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makronun Rusiyanı 2020-ci ildə keçiriləcək G7 sammitinə dəvət etməyi planlaşdırdığı barədə məlumat yayılıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər