14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İran "S-400"-ə bənzər yeni raketini nümayiş etdirdi
Tarix: 22-08-2019 11:35 | Bölmə: Dünya
İran "S-400"-ə bənzər yeni raketini nümayiş etdirdi

İran öz istehsalı olan "Bavar-373" zenit-raket kompleksini (ZRK) nümayiş etdirib.

Bu barədə ölkə Prezidenti Həsən Ruhaninin Mətbuat xidməti məlumat yayıb.

"Bavar-373" böyük hərəkət radiuslu zenit-raket kompleksi Prezident Həsən Ruhaninin göstərişi ilə ölkənin ən inkişaf etmiş və bənzərsiz müdafiə sistemi olaraq təqdim edilib", - məlumatda deyilir.

"Yeni sistemimiz Rusiyanın "S-400"nün xüsusiyyətlərinə yaxındır", - "Al Mayadeen" telekanalı H.Ruhaninin sözlərindən sitat gətirib.

"Press TV"nin məlumatına görə, ZRK İranın Müdafiə Sənayesi Gününün qeyd olunmasına həsr olunmuş mərasimdə təqdim olunub.

Tədbirdə ölkə prezidenti ilə yanaşı, müdafiə naziri Əmir Hatəmi və digər yüksək çinli hərbi rəsmilər iştirak ediblər/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}