20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Cənubi Koreya ilə Yaponiya arasında gərginlik böyüyür
Tarix: 22-08-2019 15:08 | Bölmə: Dünya
Cənubi Koreya ilə Yaponiya arasında gərginlik böyüyür

Cənubi Koreya Yaponiya ilə hərbi kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmağı qərara alıb.

Reyting.az
xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident ofisi məlumat yayıb.

Qeyd edək ki, əsarət illərində məcburi əməyə cəlb edilmiş koreyalıların varislərinə yapon şirkətlərinin kompensasiya ödəmək barədə Cənubi Koreya məhkəməsinin qəbul etdiyi qərardan sonra iki ölkə arasında münasibətlərdə gərginlik yaranıb.

Ötən gün iki ölkənin Xarici İşlər nazirlərinin Pekində keçirilən görüşündə Ümumi Təhlükəsizlik Məqsədilə Hərbi İnformasiya Mübadiləsi Barədə Razılaşma (GSOMİA) adlanan və hərbi kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutan ikitərəfli pakt da müzakirə olunub. 2016-cı ildə imzalanan həmin pakt tərəflərdən biri avqustun 24-dək ondan çıxdığını elan etməyəcəyi təqdirdə avtomatik şəkildə yenilənməli idi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər