20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
G-7 sammitində Braziliyaya vəsait ayrılacaq - Meşə yanğınına görə
Tarix: 26-08-2019 17:43 | Bölmə: Dünya
G-7 sammitində Braziliyaya vəsait ayrılacaq - Meşə yanğınına görə

Fransanın Biarris şəhərində keçirilən G-7 sammitində Amazon hövzəsindəki kütləvi meşə yanğınlarının söndürülməsi üçün region ölkələrinə 20 milyon avroyadək vəsait ayrılacağı açıqlanıb.

RİA "Novosti” xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.

Xatırladaq ki, sözügedən regionda uzun müddətdir davam edən meşə yanğınlarının əhatə etdiyi ərazi ötən il ərzində əhatə olunmuş sahədən 82 faiz artıqdır. Bu ilin əvvəlindən Braziliyada 78 mindən artıq meşə yanğını ocağı qeydə alınıb. Bu da 2013-cü ildən etibarən ən böyük göstəricidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər