Makron: “Yaxın günlərdə Tramp-Ruhani görüşü olacaq”
Tarix: 27-08-2019 00:52 | Bölmə: Dünya
Makron: “Yaxın günlərdə Tramp-Ruhani görüşü olacaq”

“İran prezidenti Həsən Ruhani və Trampın görüşməsi üçün çalışacağam”.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında bildirib.

Makronun sözlərinə görə, görüş yaxın həftələrdə baş tuta bilər.

Fransa prezidentinin sözlərinə görə, Ruhani ölkəsinin maraqları naminə istənilən siyasi liderlə görüşməyə hazırdır. “İran prezidenti ilə Tramp görüşsələr, razılaşma əldə oluna bilər”.

Makron İranın heç vaxt nüvə silahı əldə etməməsi ilə razılaşmayacağını da söyləyib.

O əlavə edib ki, ABŞ-ın sanksiyaları İran iqtisadiyyatına dərin təsir göstərib.

Fransa prezidenti G7 görüşünə xarici işlər naziri Zərifi dəvət etmə niyyətinin səbəbini açıqlayıb.

ABŞ prezidenti mətbuat konfransında İranda rejim dəyişikliyini axtarmadığını, ancaq Tehranla uzunmüddətli bir razılaşma əldə etmək niyyətini dilə gətirib.

Tramp zərurət halında İran prezidenti ilə görüşəcəyini də sözlərinə əlavə edib. O deyib: "İranla razılaşma ehtimalı yüksəkdir".




Bölməyə aid digər xəbərlər