Trampın arvadı Şimali Koreya lideri ilə tanışdır?
Tarix: 27-08-2019 11:44 | Bölmə: Dünya
Trampın arvadı Şimali Koreya lideri ilə tanışdır?

“Melaniya Kim Çen Inla heç vaxt görüşməyib, amma Şimali Koreya lideri ilə tanışlığı var”.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Keçən ildən bəri Şimali Koreya lideri ilə 3 dəfə görüşən ABŞ prezidenti G-7 sammitindəki mətbuat konfransında Kimi tərifləyib: "Onun böyük potensiala sahib bir insan olduğuna inanıram”.

Ağ Evin sözçüsü Stefani Qrişam da Melaniya Trampın Kimlə görüşmədiyini deyib.

"Prezident Kimlə münasibətlərin təfərrüatları daxil olmaqla, bir çox sahədə arvadına etibar edir və bunları onunla bölüşür. Birinci xanım Kimlə heç görüşməsə də, prezident kimi, onu tanıdığını hiss edir”.

Xatırladaq ki, Melaniya Tramp Şimali Koreya lideri ilə görüşlərdə ərini müşayiət etməyib.




Bölməyə aid digər xəbərlər