16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
ABŞ husilərlə gizli danışıqlara başlayır
Tarix: 28-08-2019 11:25 | Bölmə: Dünya
ABŞ husilərlə gizli danışıqlara başlayır

ABŞ hökuməti Omanda Yəmənin “Ənsarullah” hərəkatı ilə birbaşa dialoq aparmaq istəyir.

Reyting.az
“Wall Street Journal”-a istinadla xəbər verir ki, Vaşinqton Səudiyyə Ərəbistanını husilərlə gizli danışıqların vacibliyinə inandırmağa çalışır. Təşəbbüs Donald Tramp administrasiyası rəsmilərindən gəlib.

“Wall Street Journal” ABŞ-ın eks-prezidenti Barak Obamanın da Yəmən müharibəsinin başlamasından bir il və bir neçə ay sonra ilk dəfə Omanda “Ənsarullah” rəsmiləri ilə gizli görüşdüyünü iddia edib.

Vaşinqton rəsmiləri, keçən ilin dekabrında İsveçrədə BMT-nin sülh danışıqları zamanı “Ənsarullah” liderləri ilə də görüş keçirib, lakin prezident Donald Trampın 2008-ci ildə andiçmə mərasimindən bəri tərəflər arasında heç bir birbaşa danışıq aparılmayıb.

“Yəmənin humanitar vəziyyəti son bir neçə həftədə əhəmiyyətli dərəcədə pisləşib, ölkədə müharibənin dayandırılması üçün diplomatik səylər tələb edən yeni bir fövqəladə vəziyyət yaranıb. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanının ən vacib müttəfiqi olaraq, qüvvələrini Yəməndən çıxarmağa başlayıb və bu ayın əvvəlində Əbu-Dabi ilə əlaqəli qüvvələr, Səudiyyənin dəstəklədiyi Yəmən hökumətinin qərargahı olan Ədən şəhərini ələ keçirərək, kritik böhran yaradıb”, – deyə ABŞ nəşri qeyd edir.

Hazırda ABŞ diplomatik addım atmaq, o cümlədən husilərlə birbaşa danışıqlar aparmağı planlaşdırıb. ABŞ-ın danışıqlar şurasına aprel ayında Tramp tərəfindən Vaşinqtonun Yəməndəki səfiri seçilən Kristofer Hensel rəhbərlik edəcək.

“Wall Street Journal”-in məlumatına görə, bu gün Səudiyyənin müdafiə nazirinin müavini Xalid bin Salman ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcək.

“Keçmişdə ABŞ-ın “Ənsarullah” rəhbərliyi ilə vasitəçilik etmək üçün etibarlı və nüfuzlu bir insan tapması çətin idi. Amma indi bu vasitəçilərdən biri ABŞ rəsmilərinin son dörd ildir təmasda olduğu “Ənsarullah” sözçüsü Məhəmməd Əbdülsalamdır”, – deyə nəşr sonda yazır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}