11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
İran XİN-in rəhbəri Rusiyaya gedir
Tarix: 29-08-2019 10:52 | Bölmə: Dünya
İran XİN-in rəhbəri Rusiyaya gedir

İranın xarici işlər naziri yaxın günlərdə Rusiyaya səfər edəcək.

Reyting.az
“IRNA”-ya istinadla xəbər verir ki, Moskvaya səfəri zamanı o, ikitərəfli problemlər, regional gərginlik və nüvə sazişi ilə bağlı vəziyyəti müzakirə edəcək.

Bu barədə İran XİN-in sözçüsü Seyyid Abbas Musəvi “Twitter” qeydi yazıb:

"Zərif yüksək səviyyəli nümayəndə heyətinin rəhbəri kimi sentyabrın 2-də Moskvaya yollanacaq. O, vəzifədaşı Sergey Lavrovla görüşəcək".

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Cavad Zərifin Moskvaya səfər edəcəyini bildirib.

Məhəmməd Cavad Zərif son həftələrdə bir neçə ölkəyə, o cümlədən Çin, Yaponiya, Malayziya, Fransa, İsveç və Finlandiyaya səfər edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}