20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Üç ölkənin nazirləri İranı müzakirə edəcək
Tarix: 30-08-2019 07:14 | Bölmə: Dünya
Üç ölkənin nazirləri İranı müzakirə edəcək

Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab, Almaniyanın xarici işlər naziri Heiko Maas, Fransanın xarici işlər naziri Jan-Iv Lö və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə İranı müzakirə etmək niyyətindədir.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

“Müzakirələrimiz G7-nin İranla bağlı müsbət danışıqlarının dinamikasına əsaslanacaq, çünki gərginliyi azaltmağa çalışırıq”,- deyə, Raab bildirib.

O qeyd edib ki, nüvə sazişi İranın nüvə silahı əldə etməsinə imkan verməyən yeganə razılaşmadır.

“İranın razılaşmanı tam şəkildə yerinə yetirməsini təmin etmək üçün birlikdə çalışmağa davam edəcəyik”, - İngiltərə XİN rəhbəri əlavə edib.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər