16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tramp: “Taliban”la danışıqlar bitdi”
Tarix: 11-09-2019 20:31 | Bölmə: Dünya
Tramp: “Taliban”la danışıqlar bitdi”

ABŞ prezidenti Donald Tramp 11 sentyabr hadisəsinin 18-ci ildönümü münasibətilə çıxışında “Taliban”la danışıqların ləğv edildiyini bildirib.

Reyting.az “The Hill”-ə istinadla xəbər verir ki, Tramp deyib: "Bir neçə gün əvvəl “Taliban”la sülh danışıqları planlaşdırmışdıq. Amma onların bir Amerika əsgərini və onlarla günahsız insanı öldürdüklərini biləndə danışıqları ləğv etdim. Düşündülər ki, bu hücumdan güclərini göstərmək üçün istifadə edəcəklər, amma göstərdikləri şey çox zəifdir".

ABŞ prezidenti əlavə edib: "Son dörd gündə düşmənlərimizə əvvəlkindən daha ağır şəkildə zərbə vurduq və bu tendensiya davam edəcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}