20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
II İlya: “Gürcüstan xalqı müsbət dəyişikliklər gözləyir”
Tarix: 12-09-2019 16:47 | Bölmə: Dünya
II İlya: “Gürcüstan xalqı müsbət dəyişikliklər gözləyir”

“Müxtəlif qüvvələr təsir əldə etmək və öz ideologiyasını yeritməyə çalışır. Xalq isə müsbət dəyişikliklər gözləyir”.

Bunu Gürcüstan patriarxı II İlya ölkənin yeni baş naziri Giorgi Qaxariaya ünvanladığı məktubda bildirib.

Patriarx G.Qaxarianı baş nazir vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib.

II İlya qeyd edib ki, müstəqillik əldə olunandan sonra Gürcüstanda gərgin siyasi proseslər səngimək bilmir: “Təəssüflər olsun ki, bu vaxt ərzində əhalinin ən əsas problemlərini həll etmək, sosial durumu yaxşılaşdırmaq, milli dəyərləri önə çəkmək, milləti birləşdirmək və ölkənin ərazi bütövlüyünü bərpa etmək mümkün olmayıb”.

Gürcüstan patriarxı yeni baş nazir və hökumətin səylərinin bu vacib problemlərin aradan qaldırılmasına yönələcəyinə ümidvar olduğunu vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər