20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Sabiq prezidentin qardaşını həbs edəcəklər - Qərar
Tarix: 13-09-2019 13:54 | Bölmə: Dünya
Sabiq prezidentin qardaşını həbs edəcəklər

Ermənistanda məhkəmə eks-prezident Serj Sarkisyanın qardaşı Levon Sarkisyan barəsində daha bir həbs qərarı çıxarıb.

"Armenpress"in məlumatına görə, Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Naira Arutyunyan bildirib ki, L. Sarkisyana qarşı ittiham "Şimal-Cənub" Yol Dəhlizi layihəsinin hazırlanması və icrası ilə bağlı aparılan istintaq çərçivəsində irəli sürülüb.

İstintaq nəticəsində məlum olub ki, L. Sarkisyan Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində işləyərkən "Şimal-Cənub" Yol Dəhlizi layihəsində subpodratçının seçilməsi prosesinə müdaxilə edib. O, layihənin icrasına cəlb edilmiş şirkətdən gözlənilən gəlirin 50%-ni tələb etməkdə və pulların yuyulmasında ittiham olunur.

L. Sarkisyan axtarışa verilib.

Bundan əlavə, digər iki nəfər - subpodratçı şirkətin L. Sarkisyanla əlbir olan rəhbərləri barəsində də eyni ittihamla axtarış elan edilib.

Qeyd edək ki, buna qədər də L. Sarkisyan barəsində bir dəfə həbs qərarı çıxarılıb. Məhkəmə onu qanunsuz varlanmaqda və saxta aktivləri deklarasiya etməkdə təqsirli bilərək, barəsində həbs qərarı çıxarıb. Lakin qərar 2018-ci ildən bəri icra olunmur.

L. Sarkisyanın Ermənistandan kənarda olduğu güman edilir.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər