Misir prezidenti Donald Trampın sevimli diktatorudur
Tarix: 14-09-2019 14:03 | Bölmə: Dünya
Misir prezidenti Donald Trampın sevimli diktatorudur

“Bəs mənim sevimli diktatorum haradadır?”

Reyting.az
" Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, Amerika prezidenti bu sözləri Misir dövlət başçısı Əbdülfəttah Sisi barədə işlədib.

Bu kuryoz cümlə Donald Trampın Misir nümayəndə heyətinin iştirakı ilə Fransanın Biarritz şəhərində, G7 sammiti çərçivəsində görüşü zamanı səslənib.

Tramp otel otağına girən rəsmiləri gördükdə, kifayət qədər yüksək səslə deyib: "Bəs sevimli diktatorum haradadır?"

Şahidlərin sözlərinə görə, Tramp sonradan bunu "zarafat” adlandırıb.

"Bir-birimizi çox yaxşı başa düşürük",- dedi Tramp misirli həmkarı ilə görüşdən sonra jurnalistlərə. “Sizə, jurnalistlərə deyə bilərəm ki, o, çox sərt adamdır və əlbəttə, yaxşı insandır. Misirdə heç də asan olmayan gözəl bir iş görüb”, - Tramp deyib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}